Kommunal xidmətlərin göstərilməsinə dair müqavilə » Gülistan.az


Kommunal xidmətlərin göstərilməsinə dair müqavilə

Kommunal xidmətlərin göstərilməsinə dair müqavilə


KOMMUNAL XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİNƏ DAİR
MÜQAVİLƏ №

Bakı şəhəri _____________20 -ci il

Nizamnamə əsasında fəaliyyət göstərən sədr Qasım Hacıağa oğlu Quliyev şəxsində “Nəsimi-11”
Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (bundan sonra qısaca “İCRAÇI” adlanacaq bir tərəfdən və
Bakı şəhəri D.Əliyeva küçəsi 251a saylı ünvanın _____ mənzilində yaşayan _______________________
(bundan sonra qısaca “MÜLKİYYƏTÇİ” adlanacaqdır) digər tərəfdən aşagıdakı şərtlərlə bu Müqaviləni baglayırlar.
1.MÜQAVİLƏNİN PREDMETİ.
1.1.Icraçi Mülkiyyətçiyə, onun yaşadıgı Bakı şəhəri, D.Əliyeva küçəsi 251a ünvanında yerləşən binaya (bundan sonra “BİNA” adlanacaqdır) kommunal xidmətlər göstərir, Mülkiyyətçi isə bu xidmətləri qəbul edir və İcraçıya xidmət haqqı ödəyir.
1.2.Kommunal xidmətlərə aşagıdakılar aiddir – ümumi istifadədə olan meydançaların, həyətyanı sahələrin təmizlənməsi, liftin saz vəziyyətdə saxlanması və təmiri, mərkəzləşdirilmiş isitmə xidmətləri, binanın daimi su və isti su ilə təmini, binanın ümumi istifadədə olan hissələrinin və binanın çöl tərəfinin (fasadın) cari təmiri, zibildən təmizləmə və zibilin meydançadan daşınması xidmətləri, binanın təhlükəsizliyinin və mühafizəsinin təmin olunması.
2. MÜQAVİLƏNİN MÜDDƏTİ.
2.1.Bu müqavilənin müddəti “_____” _______ 20__ ci il tarixdən “_____” ________ 20__ ci il tarixədək müəyyən edilir.
3. XİDMƏT HAQQI VƏ ÖDƏMƏ HAQQI.
3.1.Mülkiyyətçi, ona göstərilmiş kommunal xidmət binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması, təmiri üzrə xidmət və işlər müqabilində hər ay icraçıya a) yay vaxtı hər kv.m üçün 0,60 AZN olmaqla ________ (________________) AZN xidmət haqqı ödəyir.b) qış vaxtı, hər kv.m üçün 0,80 AZN olmaqla _________ (________________) AZN xidmət haqqı ödəyir. AR-nın iqtisadi vəziyyətindən asılı olaraq, kommunal xidmətinin ödəniş tarif qiymətləri hər hansı dəyişiklik olmasından asılı olaraq tənzimlənir. Aşağı düşə və ya arta bilər.
3.2.AR Mənzil Məcəlləsinin 137 maddəsinə əsaslanaraq Mülkiyyətçi,ona göstərilmiş kommunal xidmət haqqını hər ay üçün növbəti ayın 15-ci günündən gec olmamaq şərtilə “TuranBankın”. Mülkiyyətçi mənzilində yaşayıb – yaşamamasından asılı olmayaraq kommunal xidmətə ğörə ödənişdən azad olunmur.
3.3 Mülkiyyətçinin mənzildə yaşayıb – yaşamamasından asılı olmayaraq kommunal tariflər dəyişməzdir.
4.İCRAÇININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ.
4.1.Icraçının hüququ:
4.1.1 Bu müqavilənin 3-cü maddəsində müəyyən edilmiş qaydada kommunal xidmət haqqını tələb etmək və almaq;
4.1.1 Bu müqavilənin 3.2 maddəsində nəzərdə tutulmuş qaydada həll olunmadıgı halda aktlaşdıraraq xəbərdarlıq etmək, rəsmi qaydada mülkiyyətçinin iş yerlərinə müraciət etmək, AR “Enerjidən istifadə haqqında qanuna” əsasən enerji verilməsini dayandırmaq və son nəticədə məhkəmə qaydasında həll etmək 4.1.2 Binanın tərkibində olan mənzillər mühəndis avadanlıqlarının texniki vəziyyətini yoxlamaq üçün yoxlamalar təşkil etmək.
4.1.3 Müqavilənin şərtlərini təmin etmək məqsədilə üçüncü şəxslərlə müqavilələr baglamaq.
4.1.4 Mülkiyyətçinin tutdugu sahənin texniki vəziyyəti mövcud işlək kommunal sistemin yoxlanılmasını (Təftiş) aparmaq;
4.1.5 Kommunal xidmətlərinin tarif qiymətlərinin dəyişdiyi təqdirdə yəni enerji daşıyıcıları (qaz,işıq) su, isti su tarifləri AR qanunları daxilində dəyişərsə birtərəfli qaydada hesabatlamalar aparmaq və bu barədə mülkiyyətçilərə xəbərdarlıq etmək;
4.1.6 Mülkiyyətçinin təqsiri üzündən baş verən qəzaları aradan qaldırmagı sakindən tələb etmək;
4.1.7 Bu Müqavilə ilə müəyyən edilən digər hüquqlar.
4.2 İcraçının vəzifəsi:
4.2.1 Mülkiyyətçiyə xidmətlərdən maneəsiz istifadə etməyi təmin etmək;
4.2.2 Binaya aid sanitar texniki və mühəndis qurğularının işinin fasiləsiz olaraq işləməsini təmin etmək;
4.2.3 On gün ərzində Mülkiyyətçi tərəfindən edilən şikayət və təklifləri nəzərdən keçirib müvafiq tədbir görmək;
4.2.4 Təqdim edilmiş xidmətlərə görə Mülkiyyətçiyə ödəniş sənədlərini təqdim etmək;
4.2.5 Baş verən qəzaları aradan qaldırmaq;
4.2.6 Binanın təhlükəsizliyinə və yangından mühafizə qaydalarına ciddi əməl etmək;
4.2.7 Liftlərin işıqlandırma sistemini təmin etmək;
4.2.8 Bu müqavilə ilə müəyyən edilən digər vəzifələr.
5.MÜLKİYYƏTÇİLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ.
5.1 Mülkiyyətçilərin hüququ:
5.1.1 Bu müqavilə ilə müəyyən edilən kommunal xidmətlərdən istifadə etmək ;
5.1.2 Göstərilən xidmətlərin səviyyəsi Müqavilədə göstərilən səviyyədə olmadıqda və xidmətlər davamlı xarakter daşımadıqda dərhal İcraçını xəbərdar etmək və bu barədə təcili tədbir görülməsini İcraçıdan tələb etmək;
5.1.3 bu müqavilə ilə müəyyən edilən digər hüquqlar.
5.2 Mülkiyyətçinin vəzifəsi:
5.2.1 Bu müqavilənin 3-cü maddəsində müəyyən edilmiş qaydada kommunal xidmət haqqını ödəmək;
5.2.2 Binanın tərkib hissəsindən, ümumi sahəsindən istifadə edən digər istifadəçilərin hüquqlarını pozmamaq;
5.2.3 Binanın texniki vəziyyətini qorumaq və yaşayış qanunvericiliyinə müvafiq olaraq öz hesabına mənzilində təmir və digər işləri aparmaq;
5.2.4 Binada yaşayan sakinlərin həyatlarına təhlükə yaradan digər neqativ hallar, əmələ gəlmiş nasazlıqlar barədə dərhal qəza xidmətinə məlumat vermək;
5.2.5 On gün ərzində yaşayış sahəsində əmələ gələn şərait dəyişikliyindən (yaşayanların sayının dəyişməsi, əmələ gələn və ləgv olunan güzəştlər və s.) bu səbəbdən kommunal ödəmələrdən əmələ gələn yenidən hesablaşmalar barədə xəbərdar etmək;
5.2.6 Vaxtında binadaxili və mənzildaxili mühəndis qurgularının, evin konstruktiv elementlərinin səlahiyyətli şəxslərinin iştirakı ilə baxış keçirmək;
5.2.7 Binanın, binaya girişin və mənzilin qarşısını təmiz saxlamaq;
5.2.8 Binanın təhlükəsizlik və yangından mühafizə qaydalarına ciddi əməl etmək;
eyvanlarda (balkonlarda) ocaq və manqalın qalanması,ət,ət məhsullarının digər ərzaqların
bişirilməməsini təmin etmək;
5.2.9 Yangından mühafizə qaydalarına, istilik və elektrik enerjisindən istifadə qaydalarına riayət etmək;
5.2.10 Yalnız bu Müqavilənin predmeti olan xidmətlərin göstərilməsini icraçıdan tələb etmək;
5.2.11 Mülkiyyətçinin təqsiri üzündən baş verən qəzaları öz vəsaiti hesabına dərhal aradan qaldırmaq;
5.2.12 Binadakı mənzilini satarsa bu barədə İcraçıya xəbər vermək;
5.2.13 Binanın fasadında dəyişikliklər (fasadın rəngini dəyişdirilməsi, şkaf, dəmirbarmaqlıqlar və digər texniki avadanlıqların qoyulması, tikililərin aparılması və sair) İcraçının icazəsi olmadan etməmək;
5.2.14 2-ci şəxsə kirayəyə (icarəyə) verərkən müqavilə və istifadəçilərin (kirayəçilərin) vəsiqələrinin surətini vətəndaşlığından asılı olmayaraq İcraçıya təqdim etmək;
5.2.15 Bu Müqavilə ilə müəyyən edilən digər vəzifələr.
6.MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ VƏ XİTAM
EDİLMƏSİNİN ƏSASLARI
6.1 Bu müqavilə imzalandıgı andan qüvvəyə minir.
6.2 Bu Müqavilənin vaxtından əvvəl xitam edilməsinə yalnız aşagıdakı hallarda yol verilir:
6.2.1 Mülkiyyətçi binadakı mənzilini özgəninkiləşdirdikdə və ya məhkəmə qaydasında mənzilə mülkiyyət hüququnu itirdikdə;
6.2.2 Xidmət səviyyəsi bu Müqavilədə göstərilən səviyyədə olmadıqda və bunu Mülkiyyətçi məhkəmə qaydasında sübut etdikdə;
6.2.3 Təbii fəlakət nəticəsində bina yararsız hala düşdükdə.
6.3 Digər hallarda bu Müqavilənin vaxtından əvvəl xitam verilməsinə yol verilmir.
6.4 Bu Müqavilənin vaxtından əvvəl xitam verilməsinə dair yazılı xəbərdarlıgı tərəflər biri digərinə ən azı 10 (on) gün qabaq verməlidir.
7.YEKUN MÜDDƏALAR.
7.1 Bu Müqavilənin mətnində dəyişikliklər tərəflərin razılıgı ilə edildikdə hüquqi qüvvəyə malikdir.
7.2 Bu Müqavilə iki nüsxədə tərtib edilib, eyni hüquqi qüvvəyə malikdirlər və tərəflərdə saxlanılır.
7.3 Bu Müqavilədən irəli gələn mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə əsasən həll edilir.
7.4 Bu Müqavilənin şərtlərinin pozulması ilə baglı mübahisələr məhkəmə qaydasında da həll oluna bilər.
İCRAÇI: MÜLKİYYƏTÇİ:
______________________ ____________________
Imza imza






Əlavə edilib: 10-02-2018, 13:16
1
533

Oxşar xəbərlər


Şərhlər (1)


avatar
0
#1 Arleen
Greetings! Very useful advice within this article!

It is the little changes that produce the most significant changes.
Thanks for sharing! I am sure this post has touched all the internet viewers, its
really really nice article on building up new webpage. I couldn’t refrain from
commenting. Very well written! http://foxnews.net/


Şərh bildir

  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent


Yuxarı